''Şuşa həbsxanası köçürülməlidir''.
Bizim.Media xəbər verir ki, bu barədə təkliflə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkə hesabında çıxış edib.
“Şuşa həbsxanası çar dövründən fəaliyyət göstərir. Hesab edirəm ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır. Düzdür, həyat varsa təəssüf ki, cinayətlər və onun cəzasını çəkənlər də olacaq. Ancaq həbsxananın yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar. Şuşa isə özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü tanınmalıdır”.
MÖVZU İLƏ BAĞLI:
Dilqəmlə Şahbazın saxlanıldığı kamera - Şuşa həbsxanasının son GÖRÜNTÜLƏRİ
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasının foto və videogörüntüləri yayımlanıb. Həmin həbsxanada əsirlərə işgəncə verilib.
Xatirə, Bizim.Media