2017-ci ildə törətdiyi qəza ilə hələ də gündəmdən düşməyən Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə Türkiyə vətəndaşları Mütallib və Söngül Tekişin arasındakı qalmaqal davam edir.
Bizim.Media-ya danışan M. Tekiş bildirib ki, uzun zamandır məhkəmə proses uzanır, Əli Həsənov müxtəlif instansiyalardan məhkəmələrə təzyiq edərək mənim doğru iddialarımı təmin olunmasına imkan vermir.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun nəvəsinin məhkəməsində VƏKİL QALMAQALI - FOTO
2021-ci il mayın 18-də Nərimanov Rayon məhkəməsində keçirilən prosesdən narazı qaldığı və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Onun sözlərinə görə, məhkəməyə müraciət etdiyi səbəbilə yenidən Əli Həsənov tərəfindən təqiblərə məruz qalıb.
“Bu insanlar edəcəyim layihələrdə mənə maneçilik törədirlər. Əli Həsənov vəzifədən getməsinə baxmayaraq, bəzi məmurlar hələ də onun deyiyi ilə oturub-durur. Mən tikinti işləri ilə məşğul olan bir insanam. Bu layihə mənə yenidən iş nüfuzumu geri qaytara bilərdi. Lakin Əli Həsənov o layihədə iştirak etdiyimi bildiyi anda buna əngəl törətdi və iş görəcəyim insanlar mənə aydın şəkildə bildirdilər ki, əgər biz sizə bu işi versək vəzifəmizi, işimizi itirə bilərik. Bir dövlət qurumu ilə edəcəyimiz layihə çox uğurla davam edirdi, lakin sonda əsas sənədlər imzalandığı anda, idarə heyətinin rəisi mənim adımı orada görən kimi, işdən son dəqiqədə imtina etdi. Belə düz iki layihədən məni uzaqlaşdırılar. Bu insanlar canımıza qəsd etdikləri kimi, həyatımıza da müdaxilə edirlər. Mən analdım ki, Əli Həsənovun bu dairədə hələ də böyük nüfuzu var”.
“Digər layihəmizi isə bir türk şirkəti ilə həyata keçirəcəkdi. Orada da eyni situasiya ilə qarşılaşdım. Türk iş adamının azərbaycanlı ortaqları mənim layihəmi qəbul etməkdən boyun qaçırılar. İyunun 30-da Apellyasiya Məhkəməsinə müraciət etdim və iclasın keçiriləcəyi günü gözləyirəm. Bundan başqa mən bu işlə bağlı ölkə rəhbərliyini müraciət etməyə hazırlaşıram”.
Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.
Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb.
Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib. Bundan sonra o, müflis olub.
Daha sonra M. Tekiş Nərimanov Rayon məhkəməsinə müraciət edib. Hakim Solmaz Əbilovanın sədirliyi ilə keçirilən məhkəmədə şikayətçi, N. Allahverdiyevın törətdiyi qəzada ağır xəsarət alan Türkiyə vətəndaşları Mütallib və Söngül Tekişin iddaları qismən təmin edilib.
Vüsalə Balayeva, Bizim.Media