Akademiyaya yeni prorektor TƏYİN OLUNDU

Hazırda oxunan: Akademiyaya yeni prorektor TƏYİN OLUNDU

273059

Həbibə Vaqif qızı Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.

Qeyd edək ki, BXA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova 2017–2020-ci illərdə Akademiyanın Musiqi fənləri kafedrasında saat hesabı və əvəzçi müəllim kimi çalışıb. 2021-ci ildən etibarən BXA-nın Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi, 2022-ci ildən isə Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin