Kəngərlidə İŞIQ OLMAYACAQ

Hazırda oxunan: Kəngərlidə İŞIQ OLMAYACAQ

273056

Sentyabrın 30-da Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən bildirilib.

Məlumata görə, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında cari təmir işləri aparılacaq.

Bu səbəbdən "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə sabah saat 11:30-dan 12:30-a qədər Kəngərli rayonunun Qıvraq qəsəbəsində və bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin