Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

273043

Sentyabrın 30-u gündüzdən oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Gəncə, Daşkəsən, Naftalan və Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin