Rusiyanın tanınmış aparıcısı Kseniya Sobçak Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.
Kseniya Sobçak dəniz mövsümünü məhz şəhərimizdə açdığını yazıb:
“Yeri gəlmişkən, burada böyük çimərliklər və xoşagələn külək var. Odur ki, heç zaman isti olmur”.
“vladislavlisovets” adlı istifadəçi ona “Ksunya, mənim uşaqlıq şəhərimə salam deyərsən” sözlərini qeyd edib.
“qasimova_shiriyeva” isə “Necə bizə tərəf gəlibsən? Səndə ikili standartlar var, müharibədən az müddət keçib” fikirlərini yazıb.
Qeyd edək ki, 2-ci Qarabağ müharibəsində Kseniya Sobçak Ermənistanı dəstəkləmişdi.
Bizim.Media