Bu heyvanların nümayiş etdirilməsi qanunla qadağandır! – FOTO

Hazırda oxunan: Bu heyvanların nümayiş etdirilməsi qanunla qadağandır! – FOTO

273021

Ailəvi istirahət məkanlarında və ictimai iaşə obyektlərində vəhşi heyvanların və quşların saxlanması, nümayiş etdirilməsi qanunla qadağandır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Bildirilir ki, bu qadağa:

- İnsan sağlamlığını qorumaq;

- Zoonoz xəstəliklərin yayılmasının qarşısını almaq;

- Bioloji təhlükəsizliyi təmin etmək məqsədilə tətbiq olunur.
 

Saxlanılan heyvanlar və quşlar yalnız təbiətə buraxıla və ya heyvanat parklarına təhvil verilə bilər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə nəzarəti həyata keçirir, ictimaiyyətin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər görür.


Qaydaları pozan obyekt sahiblərinə qarşı qanunvericiliyə uyğun inzibati tədbirlər tətbiq ediləcək. Gəlin, birlikdə həm özümüzün, həm də heyvanların sağlamlığını qoruyaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin