Cabir İmanovun ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Cabir İmanovun ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

272991

Xəbər verildiyi kimi Əməkdar artist Cabir İmanov vəfat edib.

O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor dünyasını dəyişib.

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin