Ağcabədidə ağır qəza - Hərbçi xəsarət aldı

Hazırda oxunan: Ağcabədidə ağır qəza - Hərbçi xəsarət aldı

272941

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Muğanlı kəndində baş verən qəza zamanı hərbçi ağır xəsarət alıb.
 

Belə ki, 1984-cü il təvəllüdlü Salman Alıyev idarə etdiyi “VAZ 2107” markalı 05 BX 026 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb. 


Qəza zamanı S.Alıyev ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Alıyevin hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin