Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

272926

İngiltərədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu variant xüsusilə səsdə dəyişiklik – boğuq və kəsik danışıqla seçilir. Bununla yanaşı, klassik simptomlar – öskürək, boğaz ağrısı, yorğunluq və burun axması da müşahidə olunur.

"Stratus" ilk dəfə 2025-ci ilin yanvarında Cənub-Şərqi Asiyada qeydə alınıb və artıq 38 ölkədə yayılıb. İngiltərədə isə XFG.3 alt ştammı iyun ayından yoluxmaların 40%-ni təşkil edir.  
 

ÜST bu variantı “nəzarət altında olan ştamm” kateqoriyasına daxil edib. Həkimlər qeyri-adi simptomlar hiss edən şəxslərə test verməyi və tibbi məsləhət almağı tövsiyə edirlər.


İnsanlara peyvənd və şəxsi gigiyena qaydalarına əməl etməklə qorunmaq məsləhət görülür. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin