Motosiklet daş lövhəyə çırpıldı - Sürücü öldü

Hazırda oxunan: Motosiklet daş lövhəyə çırpıldı - Sürücü öldü

272911

Neftçalada ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 28-nə keçən gecə saat 23:30 radələrində Neftçala-Salyan avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcovun sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet idarəetmədən çıxaraq yolun kənarında olan daş lövhəyə çırpılıb.


Nəticədə 46 yaşlı sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin