Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

Hazırda oxunan: Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

272844

İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barəsində Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, məhkəmə Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.

İran vətəndaşı olan təqsirləndirilən şəxsin vəkili mətbuata açıqlamasında bildirib ki, müvəkkili özünü təqsirli bilmir.

Onun sözlərinə görə, nə yük maşını, nə də narkotik vasitələr həmin şəxsə məxsus olub.

İlkin istintaq zamanı müəyyən edilib ki, heroin Bolqarıstana ixrac üçün nəzərdə tutulub.

Xatırladaq ki, külli miqdarda narkotik Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində saxlanılan, balıq yemi ilə yüklənmiş yük maşınına baxış zamanı aşkarlanıb. Narkotik vasitə 8 kisədə gizlədilmiş formada tapılıb. Müsadirə edilmiş heroinin “qara bazar” qiyməti 50 milyon ABŞ dollarından çoxdur. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin