Xaçmazda 27 Sentyabr – Anım Günü qeyd edilib - FOTO

Hazırda oxunan: Xaçmazda 27 Sentyabr – Anım Günü qeyd edilib - FOTO

272715

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 27 Sentyabr – Anım Günündə Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət olunub, Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb.
 

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin