“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

Hazırda oxunan: “Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

272647

“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək. Yeni xidmətin yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, abunə haqqı veb versiya üçün aylıq 2,99 funt sterlinq, mobil tətbiqlər vasitəsilə qoşulma halında isə 3,99 funt sterlinq təşkil edəcək.

İstifadəçilər iki variant arasında seçim edə biləcəklər: ya tətbiqlərdən əvvəlki kimi pulsuz istifadə etməklə reklamları izləməyə davam etmək, ya da ödənişli abunəlik vasitəsilə reklamlardan azad olmaq. “Meta” şirkəti bildirib ki, ödənişli abunə xidmətindən istifadə edənlərin şəxsi məlumatları reklam məqsədləri üçün istifadə olunmayacaq.

Yeni sistem bütün 18 yaşdan yuxarı istifadəçiləri əhatə edəcək və şirkət hər bir istifadəçiyə bu seçimlə bağlı ayrıca bildiriş göndərəcəyini açıqlayıb.

Bu addım “Meta”nın son illərdə onlayn məxfilik və şəxsi məlumatların istifadəsi ilə bağlı yaşadığı hüquqi çəkişmələr fonunda atılıb. Reklamsız abunəlik, şirkətin istifadəçi məxfiliyinə dair yeni yanaşmasının bir hissəsi kimi qiymətləndirilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin