FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

Hazırda oxunan: FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

272645

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının (MMQ) komandanlığında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Bizim.Media-ya FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, mülki müdafiə qoşunlarının komandanlığında keçirilən tədbirdə MMQ-nin şəxsi heyəti, Vətən müharibəsi iştirakçıları – kapitan Ədalət Məmmədov, çavuş Nəsib Nəsibli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatıb, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.



Vətən müharibəsi iştirakçıları Ədalət Məmmədov və Nəsib Nəsibli keçdikləri şərəfli döyüş yolundan söz açıb, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin Qələbəmizin əldə olunmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda Anım günü ilə bağlı film nümayiş olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin