Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Hazırda oxunan: Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

272629

Bakı-Quba-Dağıstan sərhədi yolunun Qubanın Ağbil kəndi ərazisindən keçən hissəsində rayonun Aşağı Xuc kənd sakini 2002-ci il təvəllüdlü Ceyhun Ələnməd oğlu Yusifovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində C.Yusifov Quba rayon mərkəzi xəstəxanasında ölüb.

Avtomaşındakı sərnişin, 24 yaşlı Asim Asəf oğlu Qafarov müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.

Fakta görə araşdırma başlanılıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin