Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Hazırda oxunan: Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

272626

Göteborq Universitetinin tədqiqatçıları insan saçından da nazik olan mikromotorlar hazırlayıblar.

Bizim.Media xəbər verir ki, onların işi haqqında Science Daily məlumat yayıb.

Klassiz mexanizmlərdən fərqli olaraq, bu yeni mikromotorlar mexaniki deyil, işıq vasitəsilə hərəkətə gəlir. Diametri cəmi bir neçə on mikrometr olan bu miniatür mezanizmlər birbaşa mikrosxemlərin üzərində yaradılır. Lazer şüası ilə işıqlandırıldıqda motorlar fırlanmağa başlayır — fırlanma sürəti işığın parlaqlığından, istiqaməti isə onun polarizasiyasından asılı olur.

Tədqiqatçılar bildirir ki, bu texnologiya sayəsində mikroskopik səviyyədə dəqiq idarəetmə mümkün olur. Gələcəkdə bu motorlar orqanizm daxilində dərman daşıma, hüceyrə səviyyəsində cərrahiyyə və digər tibbi müdaxilələrdə istifadə edilə bilər.

Alimlər qeyd edirlər ki, bu cür qurğular gələcəkdə tibb sahəsində əsl inqilaba səbəb ola bilər.

Onlar mikromayelərin daşınması üçün mikronasos, lazımi anda açılan miniatür klapan və ya dərmanların dəqiq və dozalanmış şəkildə verilməsi üçün dəqiq alət kimi istifadə oluna bilər.

Yeni texnologiya, müalicənin daha effektiv və təhlükəsiz üsullarının yaradılmasına imkan açır.

Bu üsullar mikrosəviyyədə – birbaşa orqanizmin daxilində – fəaliyyət göstərəcək, bu da müasir tibbin imkanlarını köklü şəkildə genişləndirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin