2025/2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Məlumata görə, müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5 300 təhsilalanın maliyyələşdirilməsi mümkündür. Müraciət üçün son tarix 10 oktyabr 2025-ci ildir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:25 / 26.09.2025
Övladını özəl bağçalara yazdırmaq istəyənlərin DİQQƏTİNƏ
Hazırda oxunan: Övladını özəl bağçalara yazdırmaq istəyənlərin DİQQƏTİNƏ
Hazırda oxunan: Övladını özəl bağçalara yazdırmaq istəyənlərin DİQQƏTİNƏ
272610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.