Təqaüdçülərin pulunu ələ keçirən Lənkəran sakini SAXLANILDI - FOTO

Hazırda oxunan: Təqaüdçülərin pulunu ələ keçirən Lənkəran sakini SAXLANILDI - FOTO

272608

Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.

Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin