Azərbaycan və Tacikistan arasında statistika sahəsində Anlaşma Memorandumu İMZALANDI - FOTO

Hazırda oxunan: Azərbaycan və Tacikistan arasında statistika sahəsində Anlaşma Memorandumu İMZALANDI - FOTO

272603

Sentyabrın 26-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun iştirakçıları ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin direktoru Camşed Nurmaxmadzoda imzalayıblar.

Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli nəticələr verəcəyinə - statistika sahəsində əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsi və iki ölkənin statistika qurumları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin