Qaraciyərin bir nömrəli DÜŞMƏNİ - Tərkibində gizli şəkər var imiş...

Hazırda oxunan: Qaraciyərin bir nömrəli DÜŞMƏNİ - Tərkibində gizli şəkər var imiş...

272557

Mütəxəssislər şəkərin gizli mənbələrinin sağlamlığa ciddi təhlükə yaratdığını bildirir və şəkərin orqanizmə təkcə şirniyyat vasitəsilə daxil olmadığı barədə xəbərdarlıq ediblər.

Bəs şəkərin gizli mənbələri hansılardır?

Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, türkiyəli həkim, professor İbrahim Demirci həddindən artıq şəkər istehlakının piylənmə, yağlanması piylənməsi, 2-ci tip diabet və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq riskləri yaratdığı barədə xəbərdarlıq edib.

Professorun sözlərinə görə, çörək, düyü, xəmir məmulatları və meyvələrdə də yüksək miqdarda karbohidrat, yəni şəkər var:

"İdeal bir pəhrizdə yeməklərimizin təxminən 40-50 faizi karbohidratlardan gəlməlidir. Ancaq şəkərli qidaların əlavə edilməsi ilə bu faiz çox vaxt aşılır”.

Demirci qablaşdırılmış qidaların tərkibində olan dadlandırıcıların insanların düşündüyündən daha zərərli olduğuna diqqət çəkib:

"Çox zəruri olmadıqca dadlandırıcılardan istifadə etməkdən çəkinməliyik. Unutmayaq ki, şəkər qısamüddətli xoşbəxtlik təmin etsə də, uzunmüddətli mənfi təsirləri var. Şəkər istehlakını məhdudlaşdırmaq həm uşaqlarımız, həm də özümüz üçün vacibdir. İşlənmiş şəkərdən isə mümkün olduğu qədər uzaq durmaq, daha sağlam və xəstəliklərdən uzaq bir həyat üçün önəmlidir." (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin