Təzyiqi salan səhər yeməyi: Həkimlər sadə resept açıqladı

Hazırda oxunan: Təzyiqi salan səhər yeməyi: Həkimlər sadə resept açıqladı

272541

"Qarğıdalı kəpəyi və çia toxumu ilə qatıq təzyiqi azaldır".

Bizim.Media "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim və televiziya aparıcısı Yelena Malışeva və onun həmsöhbətləri kardioloq Herman Qandelman, oftalmoloq Mixail Konovalov danışıblar.

M.Konovalov bildirib ki, lif qan təzyiqini aşağı salmağa kömək edir. Malışeva əlavə edib ki, bu maddə ən çox qarğıdalı kəpəyində və çia toxumunda olur.
 

Aparıcı bu məhsullardan sadə bir səhər yeməyi hazırlamağı məsləhət görüb. Onun sözlərinə görə, bir xörək qaşığı qarğıdalı kəpəyi və bir xörək qaşığı çia toxumunu qatığa əlavə edib qarışdırmaq, üzərinə bir az giləmeyvə qoymaq kifayətdir.


“Bunu sınayın. Həm təzyiqi salın, həm də xolesterini”, - deyə H.Qandelman bildirib. (Ölkə.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin