Rüfət Əzizov: “Brendləşmə böyük bir ideya ətrafında qurulmalıdır”

Hazırda oxunan: Rüfət Əzizov: “Brendləşmə böyük bir ideya ətrafında qurulmalıdır”

272540

“Bu gün ADNSU-də Mərkəzi Asiya Universitetləri və regiona yaxın digər universitetlərin rektorlarının klubunun 6-cı görüşü keçirilməkdədir. Bu, region universitetlərini birləşdirən beynəlxalq bir platformadır. Bunun Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilməsini universitetin beynəlxalq, regional məkanda tanınması baxımından mühüm hadisə hesab edirik. Tədbirdə 15 ölkədən 100-ə yaxın müxtəlif mütəxəssislər, rektor və prorektorlar iştirak edirlər.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov universitetdə keçirilən “Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyin tarazlaşdırılması” mövzusuna həsr olunan “Mərkəzi Asiya+ Rektorlar Klubunun 6-cı görüşü” haqqında danışarkən deyib.
 

O, tədbirin mahiyyətinin Mərkəzi Asiya ölkələri və yaxın ölkələr, Azərbaycan, Türkiyə, Gürcüstan, Macarıstandakı universitetlərin marketinqi, brendləşməsi ilə bağlı hansı addımların atıla biləcəyini öyrənməkdən ibarətdir:


“Burada rektorlarla yanaşı brendləşmə sahəsində olan mütəxəssislər də iştirak etməkdədirlər. Onlar da araşdırma nəticələrini, təcrübələrini təhsil idarəçilərinə təqdim edərək onları bir növ yönləndirməyə çalışırlar. Hazırda çox yaxşı, yəni ABŞ-də, Böyük Britaniyada və digər ölkələrdə universitetlərin brendləşməsinin nəyə əsaslandığı, Avropanın böyük beynəlmilləşmə ideyasının nədən ibarət olduğu haqqında çox yaxşı təqdimatlar oldu. 

Hələki əsas verilən mesajlardan biri ondan ibarətdir ki, brendləşmə hansısa bir ideya ətrafında olmalıdır.

Böyük bir ideya olmalıdır ki, o universitetin özünə, ölkəyə, hətta regionun böyük bir ideyası olmalıdır ki, regional brendləşmə baş verə bilsin”.

Ali məktəb rəhbəri tədbirdə bir sıra müqavilələrin də imzalanacağını qeyd edib:

“Bu çox yaxşı imkandır ki, rektorlar bu universitetdə görüşərək əməkdaşlığı müzakirə edirlər. Bir-birlərindən müəyyən strategiyaları öyrənirlər. Bizdə müxtəlif memorondum və müqavilələrin imzalanması da nəzərədə tutulur. Bu, bir platformadır. Bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin universitetləri ilə bağlı razılaşdırılmış müqavilələr bağlanacaq”.


Günay Şahmar, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin