Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da – FOTO

Hazırda oxunan: Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da – FOTO

272532

Sentyabrın 25-də ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Bizim.Media xəbər verir ki, universitetdə nazir Balazs Hanko ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüşrək Azərbaycan və Macarıstan arasında ali təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
 

Nazir həmçinin ADNSU-nun, o cümlədən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları və kompüter otaqları ilə tanış olub.


O, universitetin maddi-texniki bazasını, təhsil və tədris üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Balazs Hanko qeyd edib ki, Macarıstanın ali təhsil müəssisələri Azərbaycan universitetləri ilə əməkdaşlığa maraq göstərir. Onun sözlərinə görə, iki ölkə arasında tədqiqat, elm, təhsil və innovasiya istiqamətlərində geniş əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin