Çoxlu şirniyyat yemək saçları tökürmüş - Araşdırma

Hazırda oxunan: Çoxlu şirniyyat yemək saçları tökürmüş - Araşdırma

272507

Bəzi qidalar saçların tökülməsinə səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Medical Xpress-in xəbərində qeyd olunub.
 

"Nutrition and Health" jurnalında dərc olunan araşdırmada alimlər 17 fərqli tədqiqatın nəticələrini təhlil edərək müəyyən ediblər ki, bəzi qidalar saçların tökülməsini sürətləndirir, digərləri isə onların böyüməsini dəstəkləyir.


Mütəxəssislər vurğulayır ki, şəkərli içkilər və alkoqollu məhsullar saç tökülməsi riskini artırır.

Florida Universitetinin qidalanma mütəxəssisi Lora Akosta izah edir ki, yüksək miqdarda şəkərin qəbulu insulinin kəskin artmasına səbəb olur, bu isə orqanizmdə iltihab proseslərini gücləndirir və saçın təbii böyümə dövrünü pozur.

Alkoqol isə birbaşa saç köklərinə zərər verməsə də, qida maddələrinin çatışmazlığına, onların zəif mənimsənilməsinə, qaraciyərin əlavə yüklənməsinə, yuxu keyfiyyətinin pisləşməsinə və sistemli iltihaba səbəb olur. Nəticədə saçlar zəifləyir və tökülməyə başlayır. Həmçinin, yetərli zülal qəbulu olmaması saçların incəlməsinə və seyrəkləşməsinə gətirib çıxarır.

Saç sağlamlığını dəstəkləyən qidalar arasında soya məhsulları (tofu, edamame) və xaççiçəklilər fəsiləsinə aid tərəvəzlər (brokoli, gül kələmi) xüsusi önəm daşıyır. Bu qidalar saç köklərini gücləndirir, böyümə prosesini təşviq edir və saçın parlaq və sağlam qalmasına yardımçı olur.

Ekspertlər tövsiyə edir ki, saç sağlamlığını qorumaq üçün şəkərli və alkoqollu içkilərin miqdarı azaldılmalı, balanslı və zülal, vitamin və mineral baxımından zəngin rasion saxlanılmalıdır.

Həmçinin, su qəbulu artırılmalı və düzgün qidalanma ilə yanaşı, kifayət qədər yuxu və stressin idarəsi də saçların sağlamlığı üçün vacibdir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin