Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Hazırda oxunan: Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

272498

Suriyada düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 Azərbaycan vətəndaşı sentyabrın 17-də ölkəyə gətirilib.

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib.
 

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.


Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.

Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.

Məsələ Ombudsmanın nəzarətində saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin