“Alatava” QPS-dən qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, 26.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Mikrorayon” ölçü qovşağından və “Duvannı” QPS-dən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Bizim.Media-ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən “Main” MTK-nın qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:28 / 26.09.2025
DİQQƏT! Bakının üç rayonunda qaz olmayacaq
Hazırda oxunan: DİQQƏT! Bakının üç rayonunda qaz olmayacaq
Hazırda oxunan: DİQQƏT! Bakının üç rayonunda qaz olmayacaq
272496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.