Kredit borcu olanların NƏZƏRİNƏ – Ödəniş tarixini bu yolla dəyişdirmək OLAR

Hazırda oxunan: Kredit borcu olanların NƏZƏRİNƏ – Ödəniş tarixini bu yolla dəyişdirmək OLAR

272398

Son dövrlər iş yerini dəyişən vətəndaşlar kredit ödənişlərində müəyyən problemlərlə üzləşdiklərini bildirirlər. Belə ki, əməkhaqqının ödənildiyi tarix dəyişdiyi halda onlar banklardan kredit müqaviləsinin yenilənməsini tələb edirlər. Lakin banklar bu tələbi qəbul etmir və bəzən əlavə faiz tətbiq edirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kredit mütəxəssisi Əkrəm Həsənov bildirib ki, kredit müqaviləsində əməkhaqqının ödəniş günü ilə bağlı heç bir bənd nəzərdə tutulmur:

“Sadəcə kredit müqaviləsi bağlananda yazılır ki, hər ayın müvafiq günü ödəniş edilməlidir. Sabah siz iş yerinizi dəyişsəniz və əməkhaqqını başqa gün alsanız, bu, müqaviləyə dəyişiklik edilməsi üçün əsas deyil. Bankdan bunu tələb etmək hüququnuz yoxdur. Artıq müqaviləni imzalamısınız. Əgər müqavilədə bu barədə xüsusi şərt göstərilsəydi, o halda dəyişiklik tələb edə bilərdiniz”, - deyə bildirib.

Ekspert əlavə edib ki, vətəndaş yalnız bankla qarşılıqlı razılıq əsasında ödəniş tarixinin dəyişdirilməsinə nail ola bilər:

“Əgər siz bankdan xahiş etsəniz və bank özü razılaşsa, müqavilədə dəyişiklik edilə bilər. Amma bu, məcburi deyil, yalnız bankın goodwill-i (yaxşı niyyəti) əsasında mümkündür. Bəzi hallarda banklar belə dəyişiklik üçün əlavə faiz və ya komissiya da tətbiq edə bilər ki, bu da müqavilə azadlığı çərçivəsindədir”.

Ə.Həsənovun sözlərinə görə, vətəndaşlar kredit müqaviləsi imzalayarkən şərtləri diqqətlə oxumalı və gələcəkdə belə hallarla üzləşməmək üçün mümkün riskləri nəzərə almalıdırlar.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin