Süni intellektlə bağlı HƏYƏCAN TƏBİLİ – “Dünyamızı çətin sınaq gözləyir”

Hazırda oxunan: Süni intellektlə bağlı HƏYƏCAN TƏBİLİ – “Dünyamızı çətin sınaq gözləyir”

272393

İtaliya süni intellekt haqqında qanun qəbul edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub. Qanuna əsasən, süni intellekt, kibertəhlükəsizlik və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri dəstəkləmək üçün dövlət fondundan 1 milyard avroya qədər vəsait ayrılacaq. 14 yaşdan kiçik uşaqların süni intellektdən istifadə etməsi üçün valideyn razılığı tələb olunacaq.

Eyni zamanda, süni intellekt vasitəsilə yaradılan və ya emal olunan zərərli kontentin qanunsuz yayılmasına görə istifadəçilər 5 ilədək həbs cəzası ala bilərlər. Texnologiyalardan dələduzluq və şəxsi məlumatların oğurluğu üçün istifadə də cəzalandırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Süni intellektlə yazılmış ELMİ İŞLƏR – Ayırd etmək mümkün DEYİL?

 


Bundan əlavə, hökumət texnologiyaların iş yerlərində — səhiyyədə, təhsildə, idmanda tətbiqini nəzarətdə saxlayacaq.

Bəs Azərbaycanda süni intellektlə bağlı qanun və qadağalar qəbul edilə bilər

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Ceyhun Məmmədov bildirdi ki, bu çox önəmli bir qərardır:

“Əslində bu gün dünyada baş verən proseslər onu göstərir ki, dünyamız yeni təhlükələrlə, yeni problemlərlə üz-üzədir. Əminliklə deyə bilərik ki, süni intellekt bəşəriyyətin böyük ixtiralarından biri olmaqla yanaşı, həm də əsrimizin bəlasıdır. Süni intellektə bugünkü kütləvi axın, kütləvi meyl çox ciddi problemlər yaratmaqdadır. Proseslər onu göstərir ki, qarşıdakı bizi ağır və çətin bir dövr gözləyir.

Ona görə də bu məsələ ilə bağlı ciddi addımların atılması lazımdır.

Doğrudur, süni intellektlə qağlı qanunvericiliyin hazırlanmasına əksər ölkələrdə başlanılmayıb. Bununla belə İtaliyada belə bir addımın atılması təqdirəlayiq haldır. Çünki bunu biz qanunla tənzimləməsək, o zaman süni intellekt vasitəsi ilə cinayətlərin sayı daha da artacaq və dünyamız çox ciddi problemlər yaşayacaq. İtaliya qanunvericiliyində ciddi qadağalar var. Həm yaşla bağlı, həm də digər məsələlərlə bağlı.

Məlumat üçün deyim ki, Azərbaycanda da bu istiqamətdə ciddi işlər gedir. Süni intellekt Akademiyası yaradıldı. Cənab Prezidentin məsələ ilə bağlı müvafiq sərəncamı var. Sərəncamda bir sıra vacib məqamlar öz əksini tapıb. Biz inanırıq ki, bu məsələlər ən ideal formada öz həllini tapacaq. Təbii ki, Azərbaycanda da belə bir qanuna ehtiyac var. Yəqin ki, biz bunu yaxın gələcəkdə görə biləcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin