Ali təhsil almayanlar da 1 il hərbi xidmət KEÇƏCƏK? – Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: Ali təhsil almayanlar da 1 il hərbi xidmət KEÇƏCƏK? – Komitə sədrindən AÇIQLAMA

272374

İnsanları təhsilinə görə fərqləndirmək, onlara müəyyən imtiyazlar tanımaq heç də birmənakı qarşılanmır. Xüsusilə də hərbi xidmət müddəti məsələsində ali və orta təhsilli şəxslər arasında fərqin qoyulması geniş müzakirə olunur.

Belə ki, əksər insanların fikrincə, Vətən sevgisi insanların təhsili ilə müəyyən edilmir. Üstəlik, 44 günlük müharibədə qazandığımız zəfərdə orta təhsilli vətəndaşlarımızın payı daha böyükdür. Həm şəhidlərin, həm də qazilərin faiz nisbətində orta təhsillilər üstünlük təşkil edir.

Bəs,  ali və orta təhsilli şəxslərin hərbi xidmət müddəti bərabərləşdirilə bilər?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirdi ki, xidmət müddətindəki fərq əslində Sovet sistemindən qalma bir ənənədir:

“Bizdəki universitetlər magistratura və doktorantura səviyyəsində yetərincə təhsil verən müəssisələr deyil. Ona görə də bu fərqi aradan götürmək lazımdır. Ali təhsil bir çox hallarda ona görə alınır ki, 1 illik hərbi xidmət keçsinlər. Hesab edirəm ki, həqiqi hərbi xidmətin müddətini hər kəs üçün 1 ilə salmaq lazımdır. Bu hesabına da həm əmək bazarını daha intensiv işçi qüvvəsi ilə təmin etmək, həm də müəyyən sualları aradan qaldırmaq olar”.

Müsahibimiz hesab edir ki, fərq aradan qaldırılmalıdır:

“Hazırda universitetdə elə bir müdhiş ali təhsil verilmir ki, deyək ki, hə, burada savadlı xüsusi bir təbəqəni ayrıca qoruyaq. Bu qədər tələbənin içərisində 4-5 istedadlı tələbə var ki, zatən onlar da magistraturaya, doktoranturaya gedib təhsil ala və müəyyən imtiyaz əldə edə bilir. Ona görə də bu məsələdəki fərqi aradan götürmək daha doğru olardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin