Xəbər verdiyimiz kimi, “Avant Group” MTK gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozub. Sakinlər bununla bağlı paylaşım edərək narazılıqlarını dilə gətiriblər.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində qazıntı işlərini aparanlar artıq müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qazıntı işlərinin 3 icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi. Həmin cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:05 / 25.09.2025
Həmin şirkətin 3 əməkdaşı saxlanıldı – VİDEO
Hazırda oxunan: Həmin şirkətin 3 əməkdaşı saxlanıldı – VİDEO
Hazırda oxunan: Həmin şirkətin 3 əməkdaşı saxlanıldı – VİDEO
272365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.