“Yeməyimi qızdır, gəlirəm”, dedi – ÖLDÜ

Hazırda oxunan: “Yeməyimi qızdır, gəlirəm”, dedi – ÖLDÜ

272344

Göygöl rayonunda 1989-cu il təvəllüdlü Yusif Əliyevin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “News24.az”a istinadla xəbər verir ki, Yusifi “Mercedes 190” markalı avtomobillə vurub öldürən sürücüyə hökm oxunub.

Məhkəmədə çıxış edən mərhum Yusif Əliyevin arvadı bildirib ki, qəzanın baş vermə anını əks etdirən videoya baxıb.

Həmin vaxt Yusif mağazadan çıxaraq evə gəlmək istəyirmiş: “Yusif hadisədən bir neçə dəqiqə əvvəl mənə zəng elədi. Dedi ki, yeməyi qızdır, evə gəlirəm. Lakin onun gəlmədiyini görərək zəng etdim. Bu zaman telefonu başqa adam açdı və Yusifin telefonunun onların yanında düşüb qaldığını dedi. Daha sonra isə hadisədən xəbər tutduq”.

Məlum olub ki, hadisə zamanı “Azəravtoyol”da çalışan Yusif mağazadan çıxaraq öz avtomobilinə doğru hərəkət edib və yolu keçərkən onu maşın vurub.

Mərhumun arvadı sürücüdən şikayətçi olmayıb.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə 1976-cı il təvəllüdlü sürücüyə 3 il 6 ay azadlıqdan məhrumetmə və 1 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin