Bakıda daha bir yerüstü metro stansiyası tikilir

Hazırda oxunan: Bakıda daha bir yerüstü metro stansiyası tikilir

272330

"Bakıda daha bir yerüstü metro stansiyasının inşasına başlanılıb".

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.

O bildirib ki, adıçəkilən yerüstü stansiya metropolitenin "yaşıl xətti"nə xidmət edəcək "Dərnəgül" deposunun daxilində olacaq:

"Dərnəgül" deposunda, həmçinin, yerüstü stansiya nəzərdə tutulub. Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ildə istifadəyə veriləcək".

M.Rzayev bildirib ki, adıçəkilən stansiya 2030-cu ilədək istifadəyə veriləcək 10 yeni stansiyaya aid deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin