Sabah Cəlilabad rayonunda 3 min abonentin qazla təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olacaq.
Bununla əlaqədar Cəlilabadın rayon mərkəzində qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı sentyabrın 26-da saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:37 / 25.09.2025
DİQQƏT! Cəlilabadda 3 min abonentin qazı kəsiləcək
Hazırda oxunan: DİQQƏT! Cəlilabadda 3 min abonentin qazı kəsiləcək
Hazırda oxunan: DİQQƏT! Cəlilabadda 3 min abonentin qazı kəsiləcək
272307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.