Samur-Abşeron kanalında daşma təhlükəsi - Rəsmi qurumdan AÇIQLAMA/VİDEO

Hazırda oxunan: Samur-Abşeron kanalında daşma təhlükəsi - Rəsmi qurumdan AÇIQLAMA/VİDEO

272262

Son günlər bölgədə müşahidə olunan yağıntılı hava nəticəsində strateji əhəmiyyətli kanalda suyun artması narahatçılıq yaradır.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Xaçmazın Arzu kəndinin sakinləri məlumat veriblər.

Sakinlər kanal suyunun kəndi basacağından ehtiyat edirlər.

Xaçmaz rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Anar Oruclu sakinlərin narahatçılığına əsas olmadığını bildirib və qeyd edib ki, məsələ barədə Dövlət Su Ehtiyatı Agentliyinin Samur-Abşeron kanalının istismarı üzrə rəsmiləri məlumatlandırılıblar:

"Müvafiq qurum kanalda suyun dövriyyəsinə ciddi nəzarət edir. Bildirirlər ki, vəziyyət təhlükəli deyil. Bu gün artıq suyun səviyyəsi 1 sm. enib”.

Anar Oruclu həmçinin əlavə edib ki, hazırda su təsərrüfatı işçiləri Taxtakörpü su anbarının doldurulması üçün səfərbər olunublar. Çünki Bakının su ehtiyatı bu kanaldan asılır və onun daim dolu olması zəruridir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin