10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə şahid ifadəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Hazırda oxunan: 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə şahid ifadəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

272260

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin isə xəsarət alması ilə nəticələnən partlayış üzrə təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxslərdən biri çıxış edib.

O, hadisə nəticəsində daşınmaz əmlakına 65 180 manatlıq ziyan dəydiyini, lakin bu ziyanın hələ də qarşılanmadığını bildirib.

Məhkəmədə, həmçinin Yanğına Nəzarət İdarəsinin əməkdaşı Rüstəm Ağazadə şahid qismində ifadə verib. O deyib ki, 2023-cü ilin iyun ayında müəssisədə yoxlama aparıblar və bir sıra pozuntular aşkarlanıb:

"Quru otların təmizlənməməsi, siqnalizasiya sisteminin olmaması, elektriklə bağlı problemlər aşkar edilmişdi. Ancaq bu pozuntuların partlayışla birbaşa əlaqəsi yoxdur. Odsöndürən balonların və ya siqnalizasiya sisteminin olması partlayışın qarşısını ala bilməzdi".

Şahid əlavə edib ki, yoxlamada Toğrul və Elşad adlı şəxslər də iştirak ediblər. Onun sözlərinə görə, Elşad tez-tez narazılıq bildirərək "Hamı gəlir, mənə cərimə yazır" deyə etiraz edirdi.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırladaq ki, 2024-cü il yanvarın 15-də Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında yanğınla müşayiət olunan güclü partlayış baş vermişdi. Nəticədə 10 nəfər həlak olmuş, 23 nəfər xəsarət almışdı.
 

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində cinayət işi başlanıb. İbtidai istintaqla müəyyən olunub ki, ASC-nin faktiki sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçisi Toğrul Rzayev yanğın təhlükəsizliyi qaydalarını pozaraq faciəyə səbəb olublar. Bundan əlavə, Tağı İbrahimovun külli miqdarda vergidən yayınmasına da əsaslı şübhələr müəyyən edilib.



Toplanmış sübutlara əsasən, Tağı İbrahimova qarşı Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə 225.3-cü maddə ilə ittiham elan edilib. Onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin