Gəncədə avtomobil orta yaşlı kişini xəstəxanalıq etdi

Hazırda oxunan: Gəncədə avtomobil orta yaşlı kişini xəstəxanalıq etdi

272249

Gəncənin mərkəzi küçələrindən birində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim. Media-nın yerli bürosunun məlumatına görə, şəhərin H.Əliyev prospektində "BMW" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən təxminən orta yaşlı kişini vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağr qiymətləndirilir.

Xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin