Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 2-də tarixində ölkə üzrə 421 ictimai iaşə obyektində 738 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küç., ev 510m ünvanında yerləşən, hüquqi şəxs "İSSİ" MMC-yə məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Babaşov Amil Xudayar oğluna məxsus restoran;
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, Sahil çimərliyində yerləşən, fiziki şəxs Abbasov Yusif Abbas oğluna məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kemal Atatürk parkında yerləşən, fiziki şəxs Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus “Park-Fore” restoranı;
5. Tovuz rayonu, Abulbəyli kəndi, Bakı-Qazax şosessində yerləşən, fiziki şəxs Nəbiyev Eldar Qədir oğluna məxsus çay evi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:58 / 03.07.2021
Azərbaycanda 5 obyekt cərimələndi
Hazırda oxunan: Azərbaycanda 5 obyekt cərimələndi
Hazırda oxunan: Azərbaycanda 5 obyekt cərimələndi
27222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.