“İsgəndər Həmidovla əlaqə itib” - AXH rəsmisi

Hazırda oxunan: “İsgəndər Həmidovla əlaqə itib” - AXH rəsmisi

272216
“Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov hazırda İstanbulda müalicə olunur. Vəziyyəti normaldır, həkimlərin nəzarəti altındadır. Müayinə və müalicəsi davam edir. Lakin İsgəndər Həmidovun şəxsən özü ilə əlaqə saxlamaq mümkün olmayıb”. Bu barədə mayın 24-də “Yeni Müsavat”a açıqlamasında AXH İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib. A.Şakiroğlu qeyd etdi ki, hələ İsgəndər Həmidovun ürəyində əməliyyat aparılmayıb.xa0

“Bəzi saytlarda xəbər yayılıb ki, əslində İsgəndər Həmidov AXH və şəxsən onun barəsində cinayət işi açılacağını, həbslər olacağını öncədən bilib və buna görə ölkəni tərk edib. Bu xəbərlərə münasibətiniz necədir” sualına AXH rəsmisi belə cavab verdi: “Bu təbliğat İsgəndər Həmidovu gözdən salmağa hesablanmış, AXH daxilində şübhə toxumu səpmək naminə yayılmaqda olan təxribat xarakterli məlumatlardır. Siyasi sifarişlə yazılan yazılardır. Hamı bilir ki, İsgəndər Həmidovun ürəyində ciddi problemlər var idi. Hələ ötən il ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş və orada müalicə almışdı. O da planlamışdı ki, iyun ayında xaricdə əməliyyat olunsun. Sadəcə, ürəyinin qəfil pristupu iyun ayını gözləmədi. İsgəndər bəy də müayinə, müalicə və əməliyyat üçün Türkiyəyə getdi”.

AÃx84Âx9fasif
A.Şakiroğlu onu da məlumat verdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan AXH İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılova cinayət işi açılıb. Bu şəxslərdən başqa dünənə qədər saxlanılan 60-dan yuxarı AXH üzvü izahat alındıqdan sonra sərbəst buraxılıb: “Mayın 24-də isə Kənan Manafov adlı fəalımız saxlanılıb. Harada saxlanıldığına dair hələ də məlumatımız yoxdur. AXH İdarə Heyətinin üzvü İlham Murtuzayev və AXH Qusar rayon təşkilatın sədri Didad Əhmədov da mayın 24-də saxlanılıblar. İlyas Abdullayev və Yavər Mikayılovla vəkilləri görüşə bilmir, görüş vermirlər. Vəkili prosesə buraxmırlar deyə onlara hansı maddə və ya maddələrlə cinayət işi açıldığından məlumatsızıq”.

AXH təmsilçisi onu da dedi ki, Bakı Şəhər İcra Hakimiyyəti 25 may mitinqinə icazə verməyib. AXH-nin İdarə Heyəti isə razılaşdırılmamış aksiya keçirməyi məqsədəuyğun saymayıb: “Mayın 23-də məsələ ilə bağlı AXH İdarə Heyətinin növbədənkənar toplantısı oldu. Qərara alındı ki, hazırda hərəkata qarşı təzyiq və təqib tətbiq olunduğu bir vaxtda icazəsiz aksiya keçirmək hakimiyyətin əlinə ”kozır" vermək olardı. Bu səbəbdən də Bakı meriyasının əsassız hesab etdiyimiz cavab məktubundan məhkəməyə müraciət etmək qərarlaşdırıldı.

Eyni zamanda qarşıdakı günlərdə yenidən mitinq məsələsini müzakirə etmək və yenidən iyun ayında mitinq etmək üçün Bakı meriyasına müraciət etmək razılaşdırıldı.

Eyni zamanda mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci il dönümünü qeyd etmək üçün saat 15:00-da Novxanıda bayram tədbiri keçirilməsinə dair qərar verildi”.

Tural
Bir müddət öncə İsgəndər Həmidovla aralarında münaqişə yaranan AXH-nin təsisçilərindən birixa0 Tural Abbaslı da son günlər qurum ətrafında baş verənlərə münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında Tural Abbaslı dedi ki, son günlər həmin kəsimin ətrafında baş verən hadisələri narahatlıqla izləyir: “İnsanları heç bir əsas olmadan saxlayırlar, izahat alırlar və bəziləri barədə isə ümumiyyətlə məlumat vermirlər. Təbii ki, baş verənlərin izahı kimi müxtəlif mətbu orqanlara sızdırılan məlumatları da oxuyuruq. Ancaq belə bir əsas mənə inandırıcı gəlmir. Mən inanmıram ki,xa0 İsgəndər Həmidov və orada təmsil olunan digərləri hansısa qüvvələrlə əlbir olub, onlardan maliyyə əldə edib Bakıda iğtişaşlar və qarşıdurmalar yaratmağa çalışsınlar. Müşahidələrim onu deməyə əsas verir ki, izahatları alınan bəzilərinin hüquqi savadsızlığından istifadə edərək, qurulan işə yardımçı ola biləcək ifadələr alınıb. Bunu həmin şəxslərin verdikləri ifadədən sonra mətbuata açıqlamalarından da aydın görmək mümkündür. Mən həm AXH İdarə Heyətinin üzvü kimi, həm də AĞ Partiyanın başqanı kimi həmin şəxslərə qarşı son günlər atılan addımları qətiyyətlə pisləyir və həbs edilmiş insanları dərhal azad etməyə səsləyirəm. Son zamanlar iqtidarın daxilində yumşalma, islahat, milli barışıq kimi fikirlərin səsləndiyi bir dönəmdə kimsəyə fayda gətirməyəcək bu əməliyyatın məqsədi mənə qaranlıqdır. Belə anlaşılır ki, vəziyyətin gərginləşməsində və xalqla iqtidar, iqtidarla müxalifət arasında sivil münasibətlərin formalaşmamasında maraqlı olan qüvvələr var. Və təəssüf ki, bu qüvvələr kifayət qədər güclüdür. Biz güclü dövlət, firavan xalq görmək istəyiriksə, bu məsələləri təcili şəkildə həll etməliyik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin