"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

Hazırda oxunan: "Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

272204

"Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınan Nigar Fərhadın rəhbəri olduğu "Aid Group" xaricdə təhsil şirkəti ilə bağlı dələduzluq iddiası var.

Bizim.Media xəbər verir ki, bu barədə şikayətçi Anar Hüsizadənin valideyni Nəsimi Hüsiyev “oxu.az”a açıqlama verib.

O qeyd edib ki, Nigar Fərhadın iştirakı ilə keçirilən konsultasiya zamanı onlara oğlunun Amerika və Avropa universitetlərinə qəbul prosesinin təşkil olunacağı vəd edilib.

Valideynin sözlərinə görə, bunun müqabilində 5 100 manat ödəniş alınıb:

"Lakin ödənişdən sonra hər hansı iş görülməyib. Şirkət bizə oğlumun Polşadan viza ala bilməyəcəyini deyərək müraciətimizi geri çəkməyi istədi. Ancaq əksinə, vizamız təsdiqləndi və övladım Polşada universitetə qəbul olundu. Şirkət isə heç bir sənəd toplamadı, prosesi başlatmadı".

N.Hüsiyev qeyd edir ki, pulu geri tələb etdikdə şirkət məsələni yalnız vəkil vasitəsilə həll edə biləcəklərini deyib:

"Nə ödənişi qaytardılar, nə də işimizə baxdılar. Hazırda şirkət zənglərə cavab vermir. Ofisə müraciət etdikdə isə digər vətəndaşların da oxşar problemlərlə üzləşdiklərini gördüm".
 

Şikayətçi aidiyyəti qurumlardan "Aid Group"un fəaliyyətinin araşdırılmasını və ödənilmiş məbləğin geri qaytarılmasını xahiş edir.


Qeyd edək ki, sözügedən məsələ üzrə şirkətin nümayəndəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin