“Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

Hazırda oxunan: “Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

272195

“Bu məsələyə insan haqlarının pozulması kontekstində baxılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu “Demokrat.az”a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. 

Deputatın sözlərinə görə, məsələni ilk növbədə bu sahə ilə məşğul olan QHT-lər gündəmə gətirməlidir:
 

“Biz də millət vəkili olaraq dəstəyə hazırıq. Onlara qarşı bu diskriminasiyaya öz açıq münasibətimizi bildirməyi mənəvi borcumuz hesab edirik”.


Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, "AzParking" şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir. Sözügedən iddialar ictimaiyyətin kəskin tənqidi ilə qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin