Ləzə kəndində palçıq FƏLAKƏTİ - 12 ev təhlükə ALTINDADIR - ÖZƏL/VİDEO

Hazırda oxunan: Ləzə kəndində palçıq FƏLAKƏTİ - 12 ev təhlükə ALTINDADIR - ÖZƏL/VİDEO

272185

Xəbər verdiyimiz kimi Qusarın Ləzə kəndində baş vermiş güclü palçıq püskürməsi kənddə fövqəladə vəziyyət yaradıb. Sürətlə gələn palçıq layı kəndə doğru irəliləyib və Ləzəçay kəndini 2 yerə bölüb. Kəndin təzə məhəlləsinin rayon mərkəzilə, kəndin o biri hissəsi ilə əlaqəsi tam kəsilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar icra başçısı Sahir Məmmədxanov, FHK sədri və üzvləri, FHN-nin Şimal regional mərkəzinin rəhbərliyi və digər qurum rəhbərləri hadisə yerinə gəlib. 

Ləzə kənd sakini kənddə vəziyyətin çox kritik olduğunu deyib.
 

Qusar rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Aslanşah Abuyev Bizim.Media-ya açıqlamasında çaya dolan lil, palçıq qatının təmizlənməsi üçün bütün zəruri tədbirlər görüldüyünü bildirib.


Hazırda Ləzəçayla  kəndə doğru lil axını gəlməkdə davam edir. Kəndin  aşağı hissəsində yerləşən 12 yaşayış evi təhlükədədir. Hər an palçıq qatı buranı bürüyə bilər. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin