Aviasiya insidentlərini onlar araşdıracaq - Baş nazirdən QƏRAR

Hazırda oxunan: Aviasiya insidentlərini onlar araşdıracaq - Baş nazirdən QƏRAR

272151

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası təsdiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir:

Daimi komissiyanın sədri

Baş nazir;

Daimi komissiya sədrinin müavini;

Rəqəmsal inkişaf və nəqliyyat naziri.

Daimi komissiyanın üzvləri:

Baş prokuror;

Daxili işlər naziri;

Fövqəladə hallar naziri;

Xarici işlər naziri;

Müdafiə naziri;

Səhiyyə naziri;

Dövlət Gömrük Komitəsinin sədri;

Dövlət Mühafizə Xidmətinin rəisi;

Dövlət Sərhəd Xidmətinin rəisi;

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi;

Xarici Kəşfiyyat Xidmətinin rəisi;

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi;

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi.

Qərarla həmçinin, "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” də təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin