Bakıda Avrasiya Universitetləri Sammiti BAŞLADI – “Beynəlxalq tələbə mobilliyi Azərbaycanın prioritetidir”

Hazırda oxunan: Bakıda Avrasiya Universitetləri Sammiti BAŞLADI – “Beynəlxalq tələbə mobilliyi Azərbaycanın prioritetidir”

272138

Bakıda Avrasiya Universitetləri Sammit öz işinə başladı. Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.

“Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyi tərəfindən keçirilən tədbir Bakı kamera orkestrin dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Qara Qarayevin bəstələri ilə başlayıb.

Daha sonra Elm və təhsil naziri Emin Əmrullayev giriş nitqi ilə çıxış edərək bildirdi ki, Azərbaycan Şərqlə Qərbin qovşaqlarından biridir.

"Bu gün biz Bakıda Avrasiya Universitetini qəbul etməkdən və hamımız üçün önəmli olduğuna inandığım suallara toxunmaqdan məmnunuq.
 

Bizim üçün ilk olaraq başlayacağım məsələ belədir: ali təhsil müəssisələrinin rolu nədən ibarət olub, yaxud dövlətin missiyası nə olub? Tarix bizə daim bu sualı ünvanlayır: ali təhsilin missiyası nədir, gözləntilərimiz nədir? Mən inanıram ki, bu çox mühüm sualdır və üzləşdiyimiz kontekstdə bu suala yenidən nəzər salmalıyıq.


Mən həqiqətən də istəyirəm ki, universitetlər beynəlxalq tələbələrin mübadiləsi məsələsində hansı nöqtədə olduğumuzu dərk edək. Biz mobilliyi, mübadiləni dəstəkləyirik, çünki bunun mədəniyyətlərarası anlaşmaya və ölkənin gələcək davamlı inkişafına böyük töhfə verdiyinə inanırıq. Ona görə də düşünürəm ki, tarazlığı qorumalı, mübadiləni, mobilliyi təşviq etməliyik".


Şəfiqə Şəfa, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin