Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşdı – YARALILAR VAR

Hazırda oxunan: Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşdı – YARALILAR VAR

272105

Gədəbəydə çoxsaylı xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik avtomobillə toqquşub. 
 

Qəza nəticəsində mikroavtobus yolun kənarına aşıb. Hadisə zamanı 8 nəfərin müxtəlif dərəcəli bədən  xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.  


Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin