Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Hazırda oxunan: Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

272031

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova arasında sentyabrın 23-də görüş keçirilib.

Bu barədə Bizim.Media-ya agentlikdən məlumat verilib.
 

Bildirilib ki, Ə.İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcud media əlaqələrinin hazırkı vəziyyətinə toxunub. O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.


A.Raimkulova Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.

O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianın mühüm rol oynadığını qeyd edib.

Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsində müxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin