Peyğəmbər hədisinə istehza edən aparıcı və verilişin qonağı saxlanılıb.
Bizim.Media xəbər verir ki, Youtube platformasında yayımlanan “Soyuq Savaş” proqramında səsləndirilən ifadələr Türkiyədə ciddi narazılığa səbəb olub. Verilişdə Hz. Məhəmməd peyğəmbərin "İçki bütün pisliklərin anasıdır" hədisi ilə bağlı səsləndirilən istehzalı zarafat ictimaiyyətdə kəskin reaksiya doğurub.
Görüntülərin sosial şəbəkələrdə sürətlə yayılmasının ardından İstanbul Respublika Baş Prokurorluğu məsələ ilə bağlı dərhal araşdırmalara başlayıb. Prokurorluq verilişin aparıcısı Boğaç Soydemir və proqramın qonağı Enes Akgündüz barəsində “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə istintaq başladıb.
İstintaq çərçivəsində hər iki şəxs bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Elcan Bəşirli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:45 / 23.09.2025
Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu
Hazırda oxunan: Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu
Hazırda oxunan: Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu
272028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.