Bu günə qədər əmək yarmarkalarından nə qədər işsiz faydalanıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu günə qədər əmək yarmarkalarından nə qədər işsiz faydalanıb? – RƏSMİ AÇIQLAMA

272009

Son illərdə vətəndaşların işlə təmin olunması məqsədilə paytaxt və regionlarda mütəmadi olaraq məşğulluq yarmarkaları təşkil olunur. Belə yarmarkalar işaxtaranları birbaşa işəgötürənlərlə bir masa arxasında görüşdürür – bir növ canlı ünsiyyət mühiti yaradaraq vakansiyalar haqqında öyrənmək imkanı verir. Müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə etmələri, aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları, işəgötürənlərin isə qısa müddətdə zəruri ixtisasa və təcrübəyə malik kadrları seçmələrinə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

Əmək yarmarkaları ərazi üzrə necə təşkil olunur?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyindən

Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə Agentliyin regional məşğulluq filialları tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

Öncədən yarmarkalarda iştirak etmək üçün müraciət etmiş işsiz şəxslərə yarmarkanın yeri və tarixi, yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumat verilir. Eyni zamanda, qeyd olunan məlumatlar Agentliyin rəsmi internet səhifələrində dərc edilir ki, vətəndaşlar lazımi bilgilər oradan əldə edə bilirlər.  Yarmarkalarda iştirak edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər yer alır. İş yerləri əmək bazarının tələbatına uyğun olaraq əyləncə və incəsənət, turizm, kənd təsərrüfatı, emal, xidmət, istehsalat və digər sahələri əhatə edir.

Bəs bu günə qədər keçirilən yarmarkalardan nə qədər işsiz vətəndaş faydalana bilib?

Təkcə 2025-cü ilin ötən dövrü ərzində 164-dən çox əmək yarmarkası təşkil edilib. Yarmarkalarda ümumilikdə 1500-ə yaxın müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 13,4 min vakansiya təqdim edilib.

Bundan başqa, yarmarkalarda sosial cəhətdən həssas kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan vakansiyalar da təqdim edilir.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin