Kamran Əliyevdən YENİ təyinatlar

Hazırda oxunan: Kamran Əliyevdən YENİ təyinatlar

272007

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idatənin rəis müavini vəzifəsinə təyinat alıb.

Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.


P. Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin