Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Hazırda oxunan: Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

271977

“Məktəbli formalarının satışında heç bir zərərimiz olmayıb, əksinə bu il satışımız yaxşı gedib”.

Bu sözləri Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il 60 min forma satılıb:

“Mağazalarımızda məhsullarımızın demək olar ki,  95 %-ni satıb bitirmişik. Ehtiyac olduqca da yenidən formalar tikilir. Bu il qiymətləri endirdik. Bunun da nəticəsində satışda problem yaşamadıq və 60 min məktəbli forması satdıq. Ötən illə müqayisədə bu il satışımız 2 dəfə artıb”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin